Estoniya səfiri Rusiyanı tərk etdi

Estoniya səfiri Rusiyanı tərk etdi

Estoniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Marqus Laydre ölkəni tərk edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bildirilib ki, səfir diplomatik nümayəndəliyin inzibati binası tərk edib, daha sonra isə Estoniyaya yola düşüb.

Qeyd edək ki, bir müddət əvvəl ölkələr arasında diplomatik münasibətlərinin səviyyəsinin aşağı endirilməsi barədə qərar qəbul edilmiş və səfirlər qarşılıqlı olaraq geri çağırılmışdı. Həmçinin digər Baltikyanı dövlətlər, habelə bir sıra Şərqi Avropa ölkələri Rusiya ilə münasibətlərin səviyyəsini endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə