Türkiyənin cənubunda və cənub-şərqində baş verən tarixi zəlzələlərdən sonra dünya ayağa qalxaraq xilasetmə və yardım qruplarını bir-bir yola salır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hava limanlarına bir-bir enən təyyarələrdə xüsusi təlim keçmiş itlərlə yanaşı, axtarış-xilasetmə qrupları da var. Avstraliyadan Azərbaycana, Yaponiyadan Yunanıstana, ABŞ-dan Livana, İsraildən Almaniyaya, Cənubi Koreyadan Qətərə, Rusiyadan İspaniyaya, Yaponiyadan Tayvana, bir sözlə hər tərəfdən təyyarələr havaya qalxır. Avropa Birliyi bazar ertəsi zəlzələdən bir neçə saat sonra Aİ Mülki Müdafiə Mexanizmini işə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB