Türkiyədə baş vermiş zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə statistik rəqəmləri açıqlayıb.
Bildirilib ki, zəlzələ bölgəsinə 13 740 personal cəlb olunub, habelə 360 nəqliyyat vasitəsi və 3361 ədəd avadanlıq və cihaz da xilasetmə prosesində istifadə üçün ayrılıb. "Gecə boyu axtarış-xilasetmə tədbirləri və təminat-təchizat işləri davam edib", - deyə məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB