Ohanyanın deputat toxunulmazlığı bu gün ləğv oluna bilər

Ohanyanın deputat toxunulmazlığı bu gün ləğv oluna bilər

Ermənistan parlamenti bu gün “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, parlamentə göndərilən üç petisiyadan birinin mətni məxfidir, hətta Ohanyan da onunla tanış deyil, çünki onun məxfi sənədlərə çıxışı yoxdur.

Digər iki petisiyada Ohanyanın nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntuları sadalanır: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.

Ermənistanda Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum ediləcəyi, daha sonra onun həbs olunacağından danışırlar.

Xatırladaq ki, müxalifət parlamentin bugünkü iclasını boykot edib.

Bütün xəbərlər Facebook səhifəmizdə