Almaniya axtarış-xilasetmə qrupunu Türkiyəyə göndərib

Kahramanmaraşda 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin ardından axtarış-xilasetmə işlərində iştirak etmək üçün Almaniyanın Köln şəhərindən 41 zabit və 7 itdən ibarət qrup yola düşüb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Axtarış və Xilasetmə Xidməti (ISAR) tərəfindən təşkil edilən ekspertlər qrupu Köln-Bonn hava limanından şəxsi təyyarə ilə Qaziantepə yola düşüb.

Xilasetmə qrupunun lideri Steven Bayer, uçuşdan əvvəl agentlik müxbirinə verdiyi açıqlamada zəlzələ bölgəsinə tez çatmaq üçün ilk mərhələdə komanda ilə sürətli bir araya gəldiklərini söyləyib.

Dağıntılar altında olan insanları tapmaq üçün xüsusi təlim keçmiş və qoxuya həssas xilasetmə itləri ilə yanaşı, xüsusi axtarış texnologiyasından istifadə edən sürətli xilasetmə qrupunun ilk mərhələdə 100 saat çalışacağı və 14 gün Türkiyədə qala biləcəyi bildirilib. Onun sözlərinə görə, komandanın üzvləri 20 ildən artıq bu sahədə xüsusi təcrübəyə malikdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə