İranın xarici işlər naziri Çavuşoğluna zəng edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edib. SİA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Telefon danışığı zamanı İranın XİN rəhbəri Türkiyənin cənubunda baş vermiş faciəvi zəlzələ xəbərinin onları dərindən təsirləndirdiyini bildirib: "Türkiyə hökuməti və əziz xalqı başda olmaqla həlak olanların ailələrinə başsağlığı veririk. Bu çətin vəziyyətdə türk millətinin və hökumətinin yanındayıq".

Onun sözlərinə görə, İran Qızıl Aypara Cəmiyyətinin tibbi və yardım qrupu yaralıların xilas edilməsi üçün bu gecə Türkiyəyə gedəcək.

Abdullahian bildirib ki, zəlzələdən zərər çəkmiş bölgələrdə yaşayan iranlıların və tələbələrin vəziyyətindən narahat olduğunu qeyd edib.

Çavuşoğlu Türkiyənin iranlıların, o cümlədən tələbələrin vəziyyətinə diqqət yetirdiyini və onlara hər cür köməklik göstərmək üçün İranın Ankaradakı səfirliyi və İranın Ərzurumdakı Baş konsulluğu ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə