Türkiyədə ölənlərin sayı 2 316 nəfərə çatıb, 13 mindən çox yaralı var - YENİLƏNİR

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə