Bayden Ərdoğana başsağlığı verib

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. Bu barədə SİA Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə