Ukrayna ilə sərhəddəki vəziyyət təhlükəlidir

Belarus Dövlət Sərhəd Komitəsi Ukrayna ilə sərhəddəki vəziyyəti respublika üçün təhlükəli adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarusun dövlət telekanalı olan STV yayımlayıb.

“Hərbi baxımdan, əlbəttə ki, bizim üçün ən təhlükəli vəziyyət cənub istiqamətindədir. Niyə? Çünki bu, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin sıxlığı, ərazi müdafiəsi və bütün qalanlarının ən əhəmiyyətli olduğu müharibə şəraitində olan bir ölkədir. Biz orada kifayət qədər ciddi təxribat xarakterli hərəkətləri müşahidə edirik”.

Qeyd edək ki, bunu Dövlət Sərhəd Komitəsinin əməliyyat-analitik şöbəsinin rəisi Dmitri Lyubkin bildirib.

Onun dediyinə görə, bu gün bu ərazilərdə şəxsiyyət vəsiqəsi olmayan insanlar sərhədçi kimi tanınması mümkün olmayan sərhədə yaxınlaşır. Məhz onlar qeyri-dost hərəkətlər edirlər: onlar bizim sərhəd dəstələri istiqamətində silah qaldırır, təxribat törədirlər.

Belarus sərhəd idarəsinin nümayəndəsi, eyni zamanda, Ukrayna sərhədçilərinin Belarus sərhədini tərk etmədiyini deyib. Onun sözlərinə görə, bu günkü vəziyyəti Ukrayna tərəfində onlardan yaxşı heç kim bilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə