ABŞ Blinkenin Pekinə səfərini yersiz adlandırıb

ABŞ dövlət katibi Entoni Blinkenin şarla bağlı insident fonunda Çinə səfərini qeyri-münasib hesab edir. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bazar ertəsi keçirilən brifinq zamanı ABŞ-ın Çinlə əlaqələri kəsməyəcəyini bildirib.

Kirbi qeyd edib ki, vaxt çatan kimi çinli həmkarları ilə səfərin yeni tarixlərinin müəyyən edilməsi məsələsini müzakirə edəcək. Onun sözlərinə görə, iki ölkə arasında, o cümlədən ABŞ-ın Pekindəki səfirliyi vasitəsilə əlaqələr saxlanılır.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ şar hekayəsi ilə bağlı dövlətlərarası münaqişə üçün heç bir səbəb görmür.

Qeyd edək ki, bunu da Kirbi bildirib.

Maraqlıdır ki, o, ABŞ-ın vurduğu şarın qalıqlarını Çinə qaytarmaq fikrində olmadığını bildirib. O qeyd edib ki, belə niyyətlərdən, planlardan xəbəri yoxdur.

Yeri gəlmişkən casus şar cümə günü, fevralın 3-də ABŞ-ın şimalında aşkar edilib. Şarı izləyən Amerika səlahiyyətliləri bunun Çin kəşfiyyat aparatı olduğunu bildiriblər.

Çin Xarici İşlər Nazirliyi də öz növbəsində qeyd edib ki, bu, fors-major şəraitə görə səhvən ABŞ səmasına qalxan mülki hava şarı olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə