Belarus Türkiyəyə xilasedicilər göndərir

Aleksandr Lukaşenko yardım göstərmək üçün Belarus Fövqəladə Hallar Nazirliyinin təcili xilasetmə dəstəsini Türkiyəyə göndərməyi əmr edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə fevralın 6-da dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Suriya və Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərlə əlaqədar Belarus prezidenti bu gün fövqəladə hallar naziri Vadim Sinyavskinin Belarus Fövqəladə Hallar Nazirliyinin zərər çəkmiş dövlətlərə yardım göstərməyə hazır olması barədə məruzəsini dinləyib.

Nəticədə Aleksandr Lukaşenko Türkiyəyə yardım üçün belaruslu xilasedicilərin göndərilməsi, həmçinin Suriyaya humanitar yardımın göndərilməsi məsələsinin işlənib hazırlanması barədə göstəriş verib.

“Fövqəladə Hallar Nazirliyinin beynəlxalq BMT standartlarına uyğun sertifikatlaşdırılmış “ZUBR” Respublika xüsusi təyinatlı dəstəsi dağılmış binalarda xilasetmə işlərinin aparılması üçün Türkiyəyə göndərilib.

Qeyd edək ki, bu Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Onu da qeyd ki, Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə dəstəsinin tərkibinə fövqəladə hallar və axtarış-xilasetmə işləri üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və avadanlıqlarla təchiz edilmiş 64 nəfər mütəxəssis daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə