Castin Trüdo: Kanada Türkiyəyə yardım etməyə hazırdır

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin zəlzələnin fəsədlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyəyə kömək etməyə hazır olduğunu bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Castin Trüdo bu barədə sosial media hesabındakı paylaşımında yazıb: “Türkiyə ilə Suriyadan gələn xəbər və görüntülər acınacaqlıdır. Fikrimiz bu böyük zəlzələlərdən zərər çəkən hər kəsin yanındadır. Qəlbimiz yaxınlarını itirənlərlədir. Kanada yardım göstərməyə hər an hazırdır”.

Digər tərəfdən, Kanadanın Toronto şəhərində olan Kanada Dini Vəqfi zəlzələlərlə əlaqədar yardım kampaniyası başladıb.

Türkiyənin Toronto din xidmətləri attaşesi Cihan Yalçınkaya verdiyi açıqlamada bu yardım kampaniyası ilə fəlakət yaşayanların yanlarında olmaq istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə