Məhkəmə Saakaşvilini həbsdən azad etməkdən imtina edib

Bu arada “Azadlıq” radiosunun gürcü xidməti xəbər verir ki, bazar ertəsi Tbilisi məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılmasını və ya möhlət verilməsini rədd edib. Bundan əvvəl Saakaşvilinin vəkilləri onun reanimasiyada olduğunu bildiriblər. Eks-prezidentin yoldaşları onun həbsxanada zəhərləndiyinə inanırlar.

Mixail Saakaşvili 2021-ci ildə vəzifə səlahiyyətlərindən qəsdən sui-istifadə ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin mayında siyasətçinin səhhəti pisləşməyə başlayıb, mayın 12-dən həbsdə qalaraq özəl klinikalardan birində olub. Yanvarın 30-da Saakaşvilinin mətbuat katibi Giorgi Çaladze onun reanimasiya şöbəsinə köçürüldüyünü açıqlasa da, klinikanın direktoru bu məlumatı təsdiqləməyib. Ailə üzvləri və vəkillər Saakaşvilini xaricə müalicəyə aparmaq üçün onun azadlığa buraxılmasını istəyiblər.

Mixail Saakaşvili, komandasına görə, siyasi rəqiblərinin maraqlarına uyğun olaraq, məhkəmənin qərarını özü üçün “ölüm hökmü” adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, hələ yanvarın əvvəlində Gürcüstanda və 20-dən çox ölkədə Saakaşviliyə dəstək üçün piketlər keçirilib. İştirakçılar siyasətçinin azadlığa buraxılmasını və Avropada müalicə olunmaq imkanı verilməsini istəyiblər.

Bəzi fəallar isə Gürcüstanın hazırkı hakimiyyətini Saakaşvilinin ölümünü axtarmaqda ittiham ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə