Ukraynada rus dilində olan11 milyon kitab məhv edilib?

Ukraynada “kitabxanaların deruslaşdırılması” proqramı zamanı rus dilində 11 milyona yaxın kitab məhv edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ali Radanın humanitar və informasiya siyasəti komitəsinin sədr müavini Yevgeniya Kravçuk bildirib.

Onun sözlərinə görə, ölkədə Ukrayna kitablarının xeyrinə olan nisbəti artırmaq lazımdır.

Rus saytlarının yazdığına görə, Ukraynada kitabxanaların derussifikasiyası davam edir.

Belə ki, yenə də rus saytlarının yazdığına görə, keçən ilin noyabrına olan məlumata görə, kütləvi kitabxanalarda təxminən 19 milyon nüsxə kitab silinib ki, onların da 11 milyona yaxını rus dilindədir.

Yeri gəlmişkən, Yevgeniya Kravçuk hazırda Ukrayna kitabxanalarında olan kitabların təxminən 44 faizinin rus, qalanlarının isə Ukrayna və ya Avropa dillərindəolduğunu bildirib.

Onun fikrincə, bu, “kədərli nisbətdir”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə