Rəşid Nurqaliyev yeni təyinat aldı

Prezident Vladimir Putin Rəşid Nurqaliyevi Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin birinci müavini təyin edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının müvafiq fərmanı fevralın 6-da hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənədə əsasən, Nurqaliyev tutduğu vəzifədən azad edilərək katibin birinci müavini vəzifəsini icra edir.

Bundan başqa, Putin başqa bir fərmanla Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini Aleksey Şevtsova həvalə edib.

Xatırladaq ki, Vladimir Putin Dmitri Medvedevi Hərbi-Sənaye Komissiyasında birinci müavin təyin edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə