Priqojin Zelenskini havada duelə çağırıb

Bu arada rusların “Su-24” bombardmançı təyyarəsində uçuş edən “Vaqner” PMC özəl hərbi şirkətinin təsisçisi və rəhbəri Yevgeni Priqojin Ukrayna Prezidenti Vladimir Zelenskini havada duelə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı iş adamının Ukrayna prezidentinə videomüraciəti “Kepka Priqojina” Telegram kanalı tərəfindən yayımlanıb.

Priqojin hərbi təyyarənin kokpitində əyləşərək Zelenskiyə adı və atasının adı ilə müraciət edərək bildirib ki, guya o, “Baxmutu bombaladıqdan” sonra...indicə yerə enib.

Qeyd edək ki, sabah “MiQ-29”-a minəcəyini deyən sabiq azbaz Zelenskiyə “istək olsa, səmada görüşərik. Əgər səninki alırsa, Artemovski götür” –deyə Ukrayna prezidentinə gözdağı verir?

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Donbasda Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə çətin vəziyyətin yarandığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə