III Dünya Müharibəsi istisna edilmir?

Polşada Ukraynadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsi ehtimalına yol verdilər(?).

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Polşanın baş naziri Mateuş Moravetski İspaniyanın “Mundo” nəşrinə müsahibəsində bildirib.

Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edən Polşa hökumətinin başçısı Ukrayna münaqişəsinin III Dünya Müharibəsinə səbəb ola biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar yalnız bir halda, yəni Rusiya işğal etdiyi əraziləri tərk etdikdən sonra başa çatacaq.

“Bu böhranın sonu məhz Rusiya Ukrayna ərazisindən çəkilmək qərarına gələndə baş verəcək. Ya könüllü, ya da məcburi formada...”

Bunu da Moravetski bildirib.

Jurnalistin Moskvanın zorla məcbur etməsinin III Dünya Müharibəsinin başlaması deməkdirmi sualını cavablandıran polşalı baş nazir...”Varşavada bütün ssenarilər nəzərdən keçirilir və nəzərə alınır”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə