Avropa Birliyi də Türkiyəyə xilasedicilər göndərdi

Yanvarın 6-da səhər tezdən Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Avropa Birliyi Türkiyəyə xilasedicilər qrupu göndərib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Böhranların idarə edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.

“Bu səhər Türkiyədə baş verən zəlzələdən sonra biz Avropa İttifaqının mülki müdafiə mexanizmini işə saldıq. Avropa İttifaqının Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Avropadan xilasetmə qruplarının göndərilməsini koordinasiya edir. Niderland və Rumıniya komandaları artıq yoldadır”, - deyə Janez Lenarçiç bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə