Zəlzələ ilə bağlı görülən tədbirlərə PUA-lar da cəlb olundu

Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirlər zamanı Türkiyə Silahlı Qüvvələrinin potensialından da geniş istifadə olunur.

Məlumata görə, artıq PUA-lar da proseslərə cəlb olunub. Bildirilib ki, işlərin koordinasiyası, dəyən zərərin təsbit olunması və axtarış-xilasetmə tədbirlərinin effektivliyinin artırılması məqsədilə dronlar da zəlzələnin fəsadlarının aradan qaldırılması əməliyyatlarında aktiv şəkildə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə