Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bütün incəsənət müəssisələrinin proqramları zəlzələ səbəbindən ləğv edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin sosial media hesabında aşağıdakı mesaj paylaşılıb: "Kahramanmaraşda baş verən və bir çox şəhərlərimizə təsir edən zəlzələdən sonra nazirliyimizin bütün bölmələri, o cümlədən Dövlət Teatrları, Dövlət Opera və Balet Teatrı və gözəl sənətlər Baş İdarəsi tərəfindən planlaşdırılan tədbirlərimiz ikinci elana qədər dayandırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB