ABŞ-Çin arasında müharibənin başlanması NƏLƏRƏ SƏBƏB OLACAQ? - POLİTOLOQ DANIŞDI

ABŞ-Çin arasında müharibənin başlanması NƏLƏRƏ SƏBƏB OLACAQ? - POLİTOLOQ DANIŞDI

“ABŞ ilə Çin arasında münasibətlər gərginləşir. Hazırda dünyanın bir çox ölkələrində Rusiya-Ukrayna müharibəsi fonunda ictimai-siyasi vəziyyət olduqca gərgindir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, yay aylarından başlayaraq, ABŞ ilə Çin arasında münasibətlər mənfi mənada şiddətli xarakter alıb: “ABŞ-ın nümayəndə palatası sədrinin Tayvana səfəri zamanı da vəziyyət qənaətbəxş deyildi, hətta silah tətbiq olunduğu da bildirilmişdi. Tayvan və Çinin hərbi qüvvələri də hazır vəziyyətdə idi. Lakin siyasilər soyuqqanlılıqla hərəkət etdilər və müharibə olmasının qarşısı alındı. Bundan sonra isə yenidən Çin Tayvanı Çinə birləşdirməsi ilə bağlı müvafiq addımlar atacağını bildirdi. Çin rəhbərliyi 2024-cü ilə qədər bunu tam başa çatdırmağı planlaşdırırlar. ABŞ isə Tayvanın müstəqil bir ölkə olması üçün lazımi köməkliyi göstərəcəyini bildirir. Buna baxmayaraq Çin böyük iqtisadi gücə sahib ölkədir. Buna görə də bu iki ölkə arasında müharibənin başlanması dünyada böyük bir gərginliyə gətirib çıxaracaq. Güman edirəm ki, hər iki ölkənin siyasi rəhbərliyi bu məsələni siyasi, diplomatik yollarla həll edərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə