Yaxın aylarda Avropada neft məhsullarının qiyməti 20-30% arta bilər. Maliyyə analitiki Vladislav Antonovun proqnozuna görə, bu, Rusiyadan tədarük olunan bu məhsulların qiymət tavanının qüvvəyə minməsi ilə bağlıdır.
Ekspert aydınlaşdırıb ki, Aİ ölkələri indi Moskvadan resursları birbaşa deyil, Hindistan, Çin və bir sıra digər dövlətlərin emal müəssisələri vasitəsilə alacaq. Antonov onu da əlavə edib ki, enerji resurslarının qiymətində dəyişiklik logistik rıçaqların artması hesabına baş verəcək.
Bundan əlavə, enerji ehtiyatlarının istehsalçıları və satıcıları birliyi olan Etibarlı Tərəfdaş Assosiasiyasının Müşahidə Şurasının sədr müavini Dmitri Qusev Avropada motor yanacağı kimi dizel və neft-kimya məhsullarının, həmçinin mayeləşdirilmiş karbohidrogen qazının əsası kimi nafta çatışmazlığı yaşayacağını proqnozlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB