Demokratlar Baydenin namizədliyinə qarşıdırlar

Demokratlar Baydenin namizədliyinə qarşıdırlar

Özlərini Demokrat Partiyasının tərəfdarı kimi göstərən ABŞ sakinlərinin əksəriyyəti Co Baydenin 2024-cü il prezident seçkilərində iştirak etməməli olduğuna inanır. Associated Press-in sorğusuna görə, respondentlərin 52 faizi Baydenin yenidən seçilmək üçün cəhd etməməli olduğu fikrini bildirib, 37 faizi isə onun seçkidə iştirakının lehinə olub.

Çoxları hesab edirdi ki, Bayden 80 illik yubileyini qeyd edən ilk Amerika prezidenti kimi prezidentliyi daha gənc namizədlərə verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə