Hollivud ulduzu Leonardo Di Kaprionun şirkəti "Appian Way" və prodüser J.J. Abramsın “Bad Robot” şirkətinin məşhur amerikalı yazıçı Stiven Kinqin bestseller sayılan “Billy Summers” kitabının film hüquqlarını aldığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ed Zvik və Marşall Herskovitz tərəfindən ssenarisi yazılacaq film üçün iki şirkətin birlikdə çalışacağı bildirilir.
Layihə əvvəlcə 10 seriyalı mini-serial kimi düşünülmüşdü, lakin sonradan kitabın bədii film kimi daha yaxşı olacağına qərar verildi. "Billy Summers" bir qatilin hekayəsindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB