Suriyada, Livanda, Misirdə və Kiprdə qonşu Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda güclü təkanlar hiss edilib.
SİA-nın məlumatına görə, Suriyanın Həma əyalətinin mərkəzində bir neçə bina dağılıb.
Suriyada zəlzələdə həlak olanların sayı 99-a çatıb. 330-dan çox insan yaralanıb.
Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB