Malatya şəhərində 130 bina dağılıb - ölən və yaralananlar var

Türkiyənin Malatya şəhərində 130 bina dağılıb. SİA “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.

“100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - deyə şəhərin valisi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə