ABŞ Çinin "casus şarını" tapmaq üçün səfərbər oldu

ABŞ-da donanma dalğıcları 8 gündür ABŞ səmasında üzən və dünən yerə düşən "casus şarının" qalıqlarını üzə çıxarmaq üçün çalışacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın ərazi suları sərhədləri daxilində Cənubi Karolina sahillərində Atlantik okeanına düşən dağıntılar daha dərinə düşəcəyi gözlənilənlərin əksinə olaraq 47 fut dərinliyə enib. Sözügedən əməliyyat üçün "bacarıqlı donanma dalğıclarının" okeana dalacağını qeyd edən rəsmi, qalıqların çıxarılması üçün "pilotsuz gəmilərin" də istifadə oluna biləcəyini bildirib. Yüksək rütbəli məmur, ekipajın düşmüş şardan hər hansı bir avadanlığın bərpasının nə qədər vaxt aparacağını bilmədiyini, lakin bunun "nisbətən tezliklə" baş verəcəyini söyləyib. O qeyd edib ki, prosesin “aylar və həftələr” çəkməyəcəyinə ümid bəsləyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə