On minlərlə məhbus əfv edildi - İRANDA

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam inqilabının ildönümü şərəfinə on minlərlə məhbusu əfv edib. SİA IRNA-ya istinadla xəbər verir ki, əfv olunanlar arasında etirazçılar da var.

Qeyd olunur ki, ədliyyə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeya əfv təklifi ilə çıxış edib. Xamenei razılaşıb.

Qətl, dövlət əmlakının dağıdılması və casusluqda təqsirli bilinənlər amnistiyaya düşməyib.

Bundan əvvəl İranda bir neçə etirazçı edam cəzasına məhkum edilib. Dekabrın 8-də ilk edam həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə