Buddist məbədində güclü yanğın baş verib

Avstraliyanın Melburn şəhəri kənarında yerləşən ikimərtəbəli buddist məbədində güclü yanğın baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.

Qeyd olunur ki, yerli yanğınsöndürmə və xilasetmə xidməti ətraf rayonların sakinlərinə xüsusi xəbərdarlıq edib. Onlara evlərini tərk etməmək, bütün çölə açılqan qapı və pəncərələri bağlamaq, istilik və soyutma sistemlərini söndürmək tövsiyə olunub.

Bildirilir ki, yanğından çıxan tüstü 15 kilometr məsafədən görünür

Bütün xəbərlər Facebook səhifəmizdə