Reznikov Rusiyanın Ukraynaya mümkün hücumunu proqnozlaşdırıb

Rusiyanın Ukrayna mümkün hücumu simvolizm baxımından fevralda gözlənilir. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu müdafiə naziri Oleksiy Reznikov bildirib.

Rusiyanın mümkün növbəti genişmiqyaslı hücumundan əvvəl Ukraynanın Qərbdən silah şəklində yardım almağa vaxtı olub-olmayacağı sualına Reznikov, “Qərb silahlarından hazırlıqsız istifadə etmək olmaz”- cavabını verib.

Reznikovun sözlərinə görə, indi hər yerdə təlim kursları başlayıb. Baş Qərargahın müəyyən edəcəyi əməliyyatların aparılması üçün hazır hissələrdə istifadə olunacaq.

Fevralda Rusiyanın mümkün hücumunu gözlədiklərini deyən Reznikov əslində bu hücumu məntiqsiz hücum hesab edir. Bununla belə o, Qərb silahlarının hamısının gətirtməyə vaxtı olmayacağını da etiraf edir.

...Buna baxmayaraq, biz hazırıq. Biz artıq resurs və ehtiyatlar yaratmışıq ki, onların köməyi ilə stabilləşə və zərbəyə tab gətirə bilək.

Qeyd edilməlidir ki, bunu da müdafiə naziri Oleksiy Reznikov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə