BMT-nin helikopteri atəşə tutulub, bir sülhməramlı ölüb

Konqoda BMT-nin helikopteri atəşə tutulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AFP agentliyi məlumat yayıb. Bildirilib ki, bazar günü naməlum silahlı şəxslər Konqo Demokratik Respublikasının şərqində BMT-nin Konqo Sabitləşdirmə Missiyasının helikopterini atəşə tutub, Cənubi Afrika Respublikasından olan bir sülhməramlı ölüb, bir nəfər isə yaralanıb. Helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub.

BMT-nin helikopterinin kim tərəfindən atəşə tutulduğu məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə