Kanada ilk “Leopard 2” tankını Ukraynaya göndərdi

Kanadanın müdafiə naziri Anita Anand Ukraynaya ilk “Leopard 2” tankının göndərildiyini açıqlayıb.

SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri bazar günü, fevralın 5-də Kanada Müdafiə Nazirliyinin rəhbəri bəyan edib.

Qeyd edək ki, tank Polşa vasitəsilə təyyarə ilə göndərilib.

“Bu gün Kanada Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarə ölkəmizin Ukraynaya təhvil verdiyi ilk “Leopard 2” əsas döyüş tankı ilə Halifaxı tərk etdi. Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna ordusuna qələbə üçün lazım olan alətlərlə təmin etməyə davam edəcəyik”.

Bunu kanadalı müdafiə naziri Twitter hesabında yazıb.

Ümumilikdə Kanada Müdafiə Nazirliyi balansında olan dörd “Leopard 2” tankını Ukraynaya göndərəcək.

Anand qeyd edib ki, qalan 3 tanklar yaxın həftələrdə Polşaya, daha sonra isə Ukraynaya göndərilməlidir.

Sonda qeyd edək ki, bu gün Kanada ordusunda döyüşə hazır 82 “Leopard 2” tankı var. Verilən məlumatlara görə, kanadalılar istefada olan döyüş maşınlarını analojiləri ilə əvəz edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə