Rusların Ukraynadakı cinayətləri araşdırılmalıdır

Almaniyanın baş prokuroru Ukraynadakı hərbi cinayətlərini sübut edən yüzlərlə fakt topladığını bildirib.. Prokurorluq təqsirkar liderlərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq səylərə çağırış edib.

“Hazırda biz Buçadakı qırğınları və Ukraynada mülki infrastruktura hücumları öyrənirik”, - deyə Peter Frank “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, sübutların əksəriyyəti ukraynalı qaçqınlarla müsahibələrdən əldə olunub.

Prokurorun sözlərinə görə, indi vəzifə “sonradan - istər Almaniyada, istər xarici tərəfdaşlarımızla, istərsə də beynəlxalq məhkəmə ilə baş tutacaq mümkün məhkəmə prosesinə hazırlaşmaqdır”.

Peter Frank qeyd edib ki, onun idarəsi ötən ilin martında Ukrayna ilə bağlı hadisələri araşdırmağa başlayıb.

Xatırladaq ki, keçən ay Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiyanı Ukrayna ilə müharibəyə görə məsuliyyət daşıyan tribunal yaratmağa çağırmışdı.

Yeri gəlmişkən, keçən ilin martında rus ordusu Buçadan geri çəkildikdən sonra təkcə Kiyevətrafı ərazidə yerli hakimiyyət orqanlarının və jurnalistlərin ifadələrinə görə yüzlərlə ölü cəsədi tapılmışdı.

Bu qətllər beynəlxalq miqyasda qınaq və hərbi cinayətlərdə ittiham olundu. Rusiya dəfələrlə dinc əhalinin qətliamında iştirakını inkar edərək, baş verənləri “təxribat və səhnəcik” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə