Lavrov Afrika ölkələrinə “körpü salır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 5-i bazar günü bir heyətlə birlikdə iki günlük İraqa səfər edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə rus saytlarının məlumatına görə, xarici siyasət idarəsinin rəhbəri fevralın 6-da iraqlı həmkarı Fuad Hüseyn, baş nazir Məhəmməd əl-Sudani, prezident Əbdüllətif Rəşid, həmçinin parlamentin sədri Məhəmməd əl-Xalbusi və sabiq prezidentlə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Lavrov sonuncu dəfə 2019-cu ilin oktyabrında İraqa gəlib. Həmin səfər zamanı o, Bağdad və Ərbilə də səfər edib.

Qeyd olunur ki, İraqdan sonra Lavrovun Mali, Mavritaniya və Sudana gedəcəyi bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərbi Ukrayna ilə bağlı danışıqlardan imtina etməkdə ittiham edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə