Çilidə meşə yanğınları 23 insanın ölümünə səbəb olub

Çilidə davam edən meşə yanğınları ən azı 23 insanın ölümünə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı keçirilən brifinqdə 1100-dən çox insan sığınacaqlara sığındığı, ən azı 979 nəfərin şiddətli yanğınlar nəticəsində xəsarət aldığı bildirilib.

Daxili işlər naziri Karolina Toha paytaxt Santyaqoda keçirilən mətbuat konfransında deyib: “Hava şəraiti yanğınların söndürülməsini çox çətinləşdirir və fövqəladə vəziyyət daha da pisləşir”.

O, İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela hökumətlərinin yanğınların söndürülməsi üçün yardım təklif etdiklərini bildirib.

Yanğınsöndürənlər və yerli sakinlər yanğının qarşısını almaq üçün gecə-gündüz mübarizə aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə