“Vaqner” PMC-nin “gəlhagəlidir”

Rusiyada 23 mindən artıq məhbus koloniyalardan “yoxa çıxıb”

Bu arada Federal Penitensiar Xidmət Rusiyadakı məhbusların sayı barədə məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanvarın 1-nə Rusiyada bütün növ həbsxanalarda cəza çəkən 433 min nəfər məhbus var. Əvvəlki hesabata görə, noyabrda Rusiyada daha 6 min məhbus var idi.

Qeyd edək ki, bir müddət bundan əvvəl, “Mediazona” jurnalistləri hesablayıblar ki, sentyabr və oktyabr aylarında Rusiya həbsxanalarında olan kişi məhbusların sayı 23 min nəfərdən çox azalıb. Nəşr bunu Ukraynaya qarşı müharibəyə əsirlərin cəlb edilməsi ilə əlaqələndirir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Rusiya həbsxanalarında baş verənlər haqqında, - Rusiyanın Oturaq Fondunun rəhbəri Olqa Romanova bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə