Qar uçqunları 10 nəfərin həyatına son qoyub

Həftə sonu Avstriya və İsveçrədə Alp dağlarında baş verən qar uçqunları nəticəsində 10 nəfər həlak olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xizək kurortlarında ölənlər arasında Yeni Zelandiya, Çin və Almaniyadan olan turistlər də var.

Avstriya hökuməti bölgədə uçqun təhlükəsi ilə bağlı dördüncü səviyyəli xəbərdarlıq elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə