Ukrayna üçün yeni “Abrams” tankları istehsal ediləcək

ABŞ-ın “General Dynamics” şirkəti Ukrayna üçün yeni “Abrams” tanklarının istehsalına başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, şirkətin Ohayo ştatındakı zavodu ayda təxminən 12 tank istehsal edir.

Qeyd edək ki, Pentaqon Kiyevə 31 ədəd “M1 Abrams” tankı tədarük etmək barədə qərar verib. Yerli mətbuatın məlumatına görə, “Abrams” tankları Ukraynaya 2023-cü ilin sonundan tez çatdırıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə