ABŞ-da “Ən soyuq külək” və “Ən dondurucu soyuq” qeydə alındı

Milli Meteoroloji İdarə (NWS) bildirir...

ABŞ-ın şimal-şərqində şaxtalı temperatur hökm sürür.

Milli Meteoroloji İdarə (NWS) ölkənin şimal-şərq bölgələrində, xüsusən də Men (Maine), Nyu-Hempşir (New Hampshire), Nyu-York (New York) və Nyu-Cersi (New Jersey) ştatlarında temperaturun orta səviyyədən 10-30 dərəcə aşağı olacağını bildirib və güclü küləklərin elektrik enerjisi kəsintisinə və maddi ziyana səbəb ola biləcək.

Bildirilib ki, güclü küləklərin hökm sürdüyü Nyu-Hempşir əyalətində Vaşinqton dağındakı rəsədxanada küləyin soyutma indeksi -108 Fahrenheit, yəni mənfi 78 selsini göstərdiyi zaman ölkədə qeydə alınan ən soyuq külək və ən dondurucu soyuq qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bölgədə havanın temperaturu -46 dərəcə Fahrenheitə (-43 selsi) çatır və saatda 97 mil (156 kilometr) sürətlə əsən küləklər üstünlük təşkil edir.

Paytaxt Vaşinqtonda fevralın 4-ü səhər saatlarında havanın temperaturu 15 dərəcə Fahrenheit (-9 selsi) səviyyəsinə enib, Nyu Yorkda termometrlər 4 Fahrenheit (-16 selsi) göstərib, Nyu Yorkda isə hiss olunan temperatur -8 dərəcə Fahrenheit (-22 selsi) səviyyəsinə enib.

ABŞ-da havaların soyuması ilə əlaqədar uçuşlarda da gecikmələr var. Belə ki, Amerikanın “Flightaware” uçuş saytının məlumatına görə, 4 fevralda ABŞ-da ümumilikdə 194 yerli və beynəlxalq reys ləğv edilib, 1946 uçuş gecikib. Fevralın 3-dən isə soyuq hava ilə əlaqədar Massaçusets ştatının Boston və Vuster şəhərlərində məktəblər bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə