ABŞ yenə də təhdid dilindən istifadə edir

İndi Amerika Birləşmiş Ştatları digər ölkələrə münasibətdə yalnız bir kozırdan - praktiki olaraq effektivliyini itirmiş təhdid dilindən istifadə edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin “Sabah” nəşri yazır.

Məqalədə deyilir ki, illər ərzində Vaşinqton digər dövlətlərə müxtəlif təsir tədbirləri tətbiq edib - birtərəfli məhdudiyyətlər və sanksiya təzyiqindən tutmuş beynəlxalq təcridə qədər. Həmçinin, ABŞ hakimiyyət orqanları ehtiyac duyduqları halda, rahat şəkildə müxtəlif ölkələrdə hərbi müdaxilə və dövlət çevrilişi həyata keçirirlər.

Amma indi ən azı Türkiyəyə münasibətdə Vaşinqtonun yalnız bir kozır kartı qalıb - təhdid dili.

Məqalə müəllifinin fikrincə, hazırda bu, NATO üzvü ilə bağlı baş verir.

Nümunə kimi jurnalist Ankaranın ABŞ-dan “F-16” qırıcıları tələb etdiyi vəziyyəti göstərib.

Və Konqresdə bu tələbə cavab olaraq ABŞ Türkiyədən İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməyi tələb edir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb edir.

Vaşinqton hesab edir ki, Türkiyənin Rusiya Federasiyası ilə iqtisadi və maliyyə əlaqələri guya Rusiyanın Ukraynadakı hərəkətlərini cilovlamaq cəhdlərinə mane olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə