SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Bəyanatda deyilir: “Çin ABŞ-ın mülki pilotsuz aerostata hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılıq və etirazını bildirir. Çin yoxladıqdan sonra Amerika tərəfini dəfələrlə xəbərdar edib ki, aerostat mülki istifadə üçün nəzərdə tutulub və ABŞ hava məkanına fors-major səbəbindən daxil olub, bu barədə məlumat verilib. Bu, tamamilə gözlənilməz bir vəziyyət idi.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, hava şarı yerdəki şəxsi heyət üçün hərbi və ya fiziki təhlükə törətməyib. Bu şəraitdə ABŞ tərəfi beynəlxalq qaydaları kobud şəkildə pozaraq, güc tətbiq etməkdə israr edərək həddini aşıb.
Çinin hadisədən zərər görən şirkət və qurumların qanuni hüquq və mənafelərini qoruyacaq və buna uyğun reaksiya vermək hüququnu özündə saxlayır”.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 2-də Çinə aid, yüksək hündürlükdə uçan kəşfiyyat şarının (mülki pilotsuz aerostat) ABŞ materikinin üzərində uçduğunu və Amerika ordusunun şarı izlədiyini bildirmişdi.
Çin rəsmiləri mülki pilotsuz aerostatının Çin mülki təyyarəsi olduğunu, meteoroloji araşdırmalar üçün istifadə edildiyini və küləklər tərəfindən sürüklənərək səhvən ABŞ hava məkanına girdiyini söyləmişdi.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin Çinin paytaxtı Pekinə səfərini təxirə salmasına səbəb olan Çin “casus şarı” Amerikanın ərazi sularında Atlantik okeanı üzərindən keçərkən ABŞ prezidenti Co Baydenin əmri ilə Amerika sahillərindən 6 dəniz mili məsafədə AİM-9X raketi ilə vurulub. TASS informasiya agentliyi xəbər verir ki, zondun qalıqları 7 mil (təxminən 11 kilometr) məsafəyə səpələnib.
ABŞ hərbçiləri hesab edirlər ki, Cənubi Karolina sahilləri yaxınlığında vurulmuş Çin aerostatının qalıqlarının toplanması əməliyyatı “nisbətən sürətli” olacaq. Bu barədə “Reuters” agentliyi ABŞ müdafiə idarəsinin yüksək rütbəli vəzifəsinə istinadla məlumat yayıb. Məlumata görə, zondun qalıqlarının çıxarılması həftələr və ya aylar qədər vaxt aparmayacaq.
Üç məktəb avtobusu boyda və 60 min fut hündürlükdə uçan şarın qalıqlarının çıxarılması üçün işlər davam edir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin verdiyi yazılı açıqlamada bildirib: "Çinin Amerika materikindəki strateji bölgələrdə casusluq etmək üçün istifadə etdiyi cihaz ABŞ ərazi suları üzərindən böyüklüyü, hündürlüyü və müşahidə qabiliyyətinə görə "lazımsız risk" yaradacağı üçün salınıb. Hava şarının marşrutu və kəşfiyyat toplama fəaliyyəti yaxından izlənilib və bu qərar verilib. Şarın aşağı salınması Kanada hökumətinin koordinasiyası və dəstəyi ilə reallaşdırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



