Rusiya qüvvələrinin Ukraynaya gün ərzində 61 hücum etdiyi deyilir

Ukrayna Baş Qərargahından verilən açıqlamada deyilir...

Ukraynaya Rusiya qüvvələrinin son 24 saat ərzində 61 hücum etdiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Baş Qərargahından verilən açıqlamada deyilir: “Rusiya Kupyansk, Liman, Baxmut, Aviyivka və Novopavlivsk istiqamətlərində əməliyyatlara başlamaq üçün cəmləşib.

Rusiya ordusu son 24 saatda Xarkovun mülki infrastrukturlarına çox sayda raketlərlə 61 hücum edib.

Rusiyanın nəzarətindəki Qorlivka şəhərindəki xəstəxanalar yaralı rusiyalı əsgərlərilə doludur.

Xarkovun meri İqor Terexov Rusiya qüvvələrinin şəhərin mərkəzini S-300 raketləri ilə vurduğunu, 2 raketin isə binalara düşdüyünü bildirib.

Xarkov Xilasetmə İdarəsinin rəisi Yevgeni Vasilenko raketin birinin universitet binasına düşdüyünü açıqlayıb.

Yanğın baş verən evdə xilasetmə işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə