Çinin mərkəzindəki Hunan əyalətində magistral yolda 49 avtomobilin toqquşması nəticəsində azı 16 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Şənbə günü axşam 10 dəqiqə ərzində bir-biri ilə bağlı olan bir neçə yol qəzası baş verdi.

Qəzaların birində yeddi nəfər, digər üç qəzada doqquz nəfər ölüb. Hadisə zamanı bir neçə avtomobil yanıb. Eyni zamanda 66 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə