Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi) partlayış baş verib.

SİA "Doon News" telekanalına istinadən xəbər vrir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Kvetta polis qərargahının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə