THY 5 və 6 fevral tarxilərində 238 reysi ləğv etdi

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

Türkiyə Hava Yolları (THY) İstanbulda gözlənilən hava şəraiti ilə əlaqədar 5 və 6 fevral tarxilərində ümumilikdə 238 reysi ləğv edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

THY Mətbuat Xidmətindən verilən məlumata görə, ləğv qərarları Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qərarına uyğun olaraq alınıb.

Vətəndaşlara hava limanına gəlməzdən əvvəl uçuşlarını yoxlamaq barədə xəbərdarlıq edən açıqlamada aşağıdakı sözlər yer alır: "İstanbulda gözlənilən qar yağışı ilə əlaqədar MADKOM qərarına əsasən, 5-6 fevral tarixlərində İstanbul Hava Limanında 238 uçuş reysi ləğv edilib. Bunlardan 72-si daxili, 166-sı beynəlxalq reyslərdir. Ləğvlərin sayının artması ehtimalı vardır."

Bütün xəbərlər Facebook səhifəmizdə