Pakistan “Wikipedia”ya qadağa qoydu

Pakistan Telekommunikasiya İdarəsi (PTA) söyüşlə bağlı məzmunu silmədiyi üçün Vikipediyaya ölkəsində qadağa qoydu. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Yerli mətbuatda yer alan xəbərlərə görə, PTA-nın “Wikipedia”ya verdiyi 48 saatlıq müddət söyüşlü yazının silinməməsinə görə sona çatıb.

PTA-nın sözçüsü Məlahət Obaid bildirib ki, Vikipediya Pakistanda dini dəyərlərə hörmətsizliklə bağlı yazını silmədiyi üçün qadağan edilib. Platforma sözügedən yazını silərsə, yasağın aradan qaldırılması nəzərdən keçirilə bilər. Əgər “Wikipedia” bunu etməszə, Pakistanda uzun müddət qadağan olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə