Türkiyədə ağır yol qəzası olub. SİA yerli mediaya istinadən xəbər verir ki, hadisə Çanaxqala-Bursa yolunda qeydə alınıb.
Minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb. Ölənlər arasında 5 yaşlı uşaq da var.
Hadisə yerinə çox sayda polis və həkim briqadaları cəlb edilib. Qəzada ölənlərin hamısı minik avtomobilində olanlardır. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB