ABŞ Çinin hava şarını vurub

ABŞ Amerika hava məkanına daxil olan Çinin hava şarını vurub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fox News” xəbər verir.

Hazırda hava şarının qalıqlarının yığılması istiqamətində əməliyyat aparılır.

Qeyd edək ki, bundan əvvəl media ABŞ-ın Çin hava şarının Atlantik okeanı üzərində olarkən onun hava məkanında vurulması imkanını öyrəndiyini yazmışdı.

Qeyd edək ki, əməliyyat müddətində mülki şəxslərin mühafizəsini təmin etmək üçün ölkə üzərindəki hava məkanının bir hissəsini bağlamaq lazım gələ bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə