Ruslar "axıracan varıq" deyirlər?

Rusiya Ukrayna Silahlı Qüvvələrinin tam məğlubiyyətinə qədər Donbass əhalisini qorumaq üçün xüsusi hərbi əməliyyatı davam etdirəcəklər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün YouTube kanalında bildirib.

Duqlas Makqreqor bildirib ki, Moskva Qərb ölkələrinin fəal köməyi ilə Rusiyanın təhlükəsizliyinə təhdid halına gələn Kiyev rejimini tam məğlubiyyətə uğrayana qədər Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı davam etdirəcək.

...Onlar, yəni ruslar Ukrayna qüvvələrini məğlub etməyincə dayanmayacaqlar. Bu, Rusiya üçün təhlükədir. Biz bunu “işğal” adlandırmağa davam edirik, lakin bu, həqiqətən də əks hücumdur.

Qeyd edək ki, bunu da rus saytları yazır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə