Makron Zelenskinin xahişi ilə Putinə zəng edib?

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Legendre deyib.

Fransa Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinə zəng etməkdə israrlı olmasını izah edib.

- Birincisi, Paris Moskva ilə dialoq kanalını açıq saxlamağı vacib hesab edir,

-ikincisi, Makron Zelenskinin xahişi ilə Rusiya liderinə zəng edir, Ann-Kler Legendre deyib.

Maraqlıdır ki, fransalı diplomatın sözlərinə görə, hələlik Moskva Kiyevlə danışıqlara başlamaq istəyini nümayiş etdirməyib.

Cənab Makron prezident Putinə əsasən prezident Zelenskinin xahişi ilə və dialoq kanalını saxlamaq üçün həmişə müttəfiqlərimizlə koordinasiyada zəng edir. O, niyə belə edir? Çünki bizim qiymətləndirməmiz çox sadədir: biz açıq-aydın görürük ki, bu gün söhbət silahla aparılır, danışıqların vaxtı hələ gəlməyib.

Rəsmi nümayəndə nə deyir? O deyir ki, “...biz kommunikasiya kanalını açıq saxlamaq istəyirik. Biz yaxşı bilirik ki, bu zənglər bizim almaq istədiyimiz cavablarla nəticələnməyib. Ancaq buna baxmayaraq, bu kommunikasiya kanalını açıq saxlamağımız vacibdir”

Xatırladaq ki, daha əvvəl Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Kiyevə silah göndərilməsi Qərb ölkələrinin Ukrayna münaqişəsində iştirakı demək olmadığını bildirmişdi.

Məhəmməd Vasifoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə